"Çelsi" Alonso ilə müqaviləyə xitam verdi
“Çelsi” müdafiəçisi Markos Alonso ilə yolları ayırıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.
Onun "Barselona"ya keçəcəyi gözlənilir.
Qeyd edək ki, 2016-cı ildən "Çelsi"də çıxış edən Alonso London klubunda 212 oyun keçirib, 29 qol vurub və 23 məhsuldar ötürmə edib.