"Çelsi" "İnter"dən Onananı istəyir
"İnter"in qapıçısı Andre Onana "Çelsi"yə keçə bilər.
Sportline.az xəbər verir ki, kamerunlu futbolçu London klubunun transfer hədəflərindən biridir. İtalyanlar 40 milyon avroluq transfer təkliflərini nəzərdən keçirə bilərlər.
Onana 2022/23 mövsümündə pulsuz olaraq "İnter" ə keçib. O, A Seriyasında 24 oyun keçirib və 24 qol buraxıb.