"Çelsi" sabiq futbolçusunu geri qaytarmaq istəyir

"Çelsi" "Real Madrid"in almaniyalı stoperi Antonio Rudigeri transfer etmək etmək niyyətindədir.

Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, London klubunun rəhbərliyi Rudigeri yenidən komandada görmək istəyir.

32 yaşlı futbolçunun "Real Madrid"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rudiger cari mövsüm çıxış etdiyi 49 matçda 3 qol 1 asist müəllifi olub.

Onun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 24 milyon avro olaraq qiymətləndirilir.

Xatırladaq ki, Rudiger "Real Madrid"ə 2022-ci ilin yayında "Çelsi"dən azad agent kimi transfer olmuşdu.