"Çelsi" Tuhellə yolları ayırdı

"Çelsi" baş məşqçisi Tomas Tuheli istefaya göndərib.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ötən gün Çempionlar Liqasının qrup mərhələsində Zaqreb "Dinamo"suna 0:1 hesablı məğlubiyyət 49 yaşlı mütəxəssislə yolların ayrılmasına səbəb olub.

Qeyd edək ki, Tuhel ötən ilin yanvar ayından London təmsilçisini çalışdırırdı.

Banner