"Çelsi"də yeni futbolçu

"Çelsi" "Lester"dən Uesli Fofananın transferini rəsmiləşdirib. 

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 21 yaşlı müdafəçi ilə 7 illik müqavilə imzalanıb. 

"Zadəganlar" bu keçidə görə qarşı tərəfə 70+5 milyon sterlinq (81+5,8 milyon avro) ödəyəcəklər.

Qeyd edək ki, Fofana 2020-ci ildən "Lester"də oynayırdı.