"Çelsi"dən Gyökereş həmləsi
"Çelsi" "Sportinq"in isveçli futbolçusu Viktor Gyökereşi transfer etmək istəyir.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, London klubu yay transfer pəncərəsi dövründə "Sportinq"ə rəsmi təklif göndərəcək.
Gyökereşin transfer qiyməti 75 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, 26 yaşlı futbolçunun "Sportinq"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
O bu mövsüm çıxış etdiyi 36 matçda 34 qol və 8 asistlə yadda qalıb.