“Çelsi”ni “Nyukasl”a dəyişə bilər

“Çelsi”nin seneqallı futbolçusu Nikolas Cekson “Nyukasl”ın transfer hədəfinə çevrilib.

Sportline.az “Super Deporte” nəşrinə istinadən xəbər verir ki, “Nyukasl” İsakın yerini Ceksonla doldurmaq niyyətindədir.

İsakın mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Qeyd edək ki, Cekson bu mövsüm çıxış etdiyi 24 oyunda 9 qol və 5 məhsuldar ötürmə müəllifidir.

Onun transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir.