"Çelsi"nin əsas hədəfi bəlli olub

"Çelsi" "İpsviç"in ingiltərəli futbolçusu Liam Delap üçün rəsmi təklif göndərib.

Sportline.az insayder Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, London klubunun rəhbərliyi Delapın meneceri ilə danışıqlara başlayıb.

22 yaşlı futbolçunun "İpsviç"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Delap cari mövsüm çıxış etdiyi 25 oyunda 9 qol və 2 asistlə yadda qalıb.