"Çelsi"nin futbolçusu vidalaşdı

Almaniya millisinin futbolçusu Antonio Rüdiger İngiltərənin "Çelsi" klubundan ayrılıb.

Sportline.az xəbər verir ki, bu barədə 29 yaşlı müdafiəçinin özü açıqlama verib.

Təcrübəli oyunçu komanda yoldaşları və azarkeşlərlə vidalaşıb.

Qeyd edək ki, 2017-ci ildən "Çelsi"dən çıxış edən Antonio Rüdiger İspaniya "Real Madrid"inə keçəcək.