Mudrikdən müdrik davranış

"Çelsi"nin futbolçusu Mixail Mudrik azarkeşlərə dəstəyə görə təşəkkür edib.

Sportline.az xəbər verir ki, "zadəganlar"ın ukraynalı yarımmüdafiəçisi bununla bağlı sosial şəbəkədə paylaşım edib.

Paylaşımda deyilir: “Mən sizin dəstəyinizi həqiqətən yüksək qiymətləndirirəm. Qaranlıq zamanlarda üz döndərməyən insanları həmişə qiymətləndirəcəm. Tanrının köməyi ilə hər şey düzələcək. Mən heç vaxt təslim olmadığım üçün uğursuzluqlardan narahat deyiləm. Heç vaxt təslim olmayanlar üçün parlaq vaxtlar gec-tez gəlir".