"Çelsi"nin Ronaldo qərarı

"Çelsi" "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonu transfer etməyəcək.

Sportline.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. London təmsilçisi 37 yaşlı portuqaliyalını transfer etməyə çalışmayacaq. Daha əvvəl "Çelsi"nin Ronaldoya görə "Mançester Yunayted"ə təklif göndərəcəyi barədə məlumatlar yayılmışdı. Lakin komandanın yeni baş məşqçisi Qremm Potter onun transferini prioritet hesab etmir.

Qeyd edək ki, Ronaldo bu mövsüm bütün yarışlarda 7 oyun keçirib və qol vura bilməyib.