"Çelsi"nin yeni formaları mətbuata sızdı
"Çelsi"nin 2023/24 mövsümü üçün formalarının şəkilləri dərc olunub.
Sportline.az xəbər verir ki, “Footy Headlines” saytı "zadəganlar"ın ev formasının fotolarını dərc edib. Göy və ağ rənglərdən ibarət formanın üstündə parlaq qızılı emblem var. Yaxasının içində isə "Londonun qüruru" sözləri yazılıb.
Uniformalar "Nike" tərəfindən istehsal olunur və 2023-cü ilin iyul ayında satışa çıxarılacaq.

