“Çelsi”nin yeni hədəfi

“Çelsi” klubu “Əl-Əhli”nin ingiltərəli futbolçusu Ayvan Toninin xidmətində maraqlıdır.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Çelsi” Ayvan Toni üçün “Əl-Əhli”yə 60 milyon avro ödəməyə hazırdır.

London klubunun rəhbərliyi oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Qeyd edək ki, 28 yaşlı futbolçunun “Əl-Əhli” ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.