Çempion klubda yeni baş məşqçi

"Ayaks" yeni baş məşqçisinin adını rəsmən açıqlayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisini hazırda "Brügge"nin baş məşqçisi olan Alfred Şreder çalışdıracaq.

49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu vəzifədə yeni mövsümdən “Mançester Yunayted”i çalışdıracaq Erik ten Haqı əvəzləyib.

Xatırladaq ki, “Ayaks” ötən gecə çempionluğunu rəsmiləşdirib.

Banner