Çempionlar Liqası: "Barselona" finalda uduzdu

Qadın futbolçular arasında UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki,  finalda "Lion"  "Barselona"ya  3:1 hesabı qalib gələrək turnirin kubokunu qazanıb. 

"Barselona" - "Lion" - 1:3
Qollar: Henri, 6 (0:1), Hegerberg, 23 (0:2), Masario, 33 (0:3), Putellas, 41 (1:3)

Fransa təmsilçisi tarixində 8-ci dəfə Çempionlar Liqasının qalibi olub. Komanda bundan əvvəl  2011, 2012, 2016, 2017, 2018, 2019 və 2020-ci ildə bu uğuru qazanmışdı.