Çempionlar Liqası: Bu gün daha 5 oyun keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun günündə də 5 görüş keçiriləcək.

Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu "Qarabağ" Macarıstan "Ferentsvaroş"unu, Norveçin "Budyo Qlimt" komandası Litva "Jalgiris"ni sınağa çəkəcək.

Bundan başqa, Hayfa "Makkabi"si İsraildə Kipr "Apollon"u, Kiyev "Dinamo"su Polşada Avstriyanın "Şturm" klubu, "Srvena Zvezda" isə Serbiyada Ermənistan "Pünik"i ilə üz-üzə gələcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

3 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)

20:00. “Budyo Qlimt” (Norveç) – "Jalgiris" (Litva)

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr)

22:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Şturm” (Avstriya)

22:45. “Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan)

Qeyd edək ki, bu mərhələnin cavab oyunları avqustun 9-da oynanılacaq.