Çempionlar Liqası: "Dinamo", "Reyncers" və "Kopenhagen" qrupda

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Sportline.az xəbər verir ki, ikinci oyun günündə 3 cavab qarşılaşması keçirilib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) Xorvatiyada "Budö Qlimt"i sınağa çəkib. 120 dəqiqəlik oyun Zaqreb klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli də onları qrup mərhələsinə yüksəldən qələbədə iştirak edib. O, 60-cı dəqiqədə meydana buraxılıb.  

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Trabzonspor" Danimarkada 1:2 hesabı ilə məğlub olduğu "Kopenhagen"i qəbul edib. Oyunda qol olmayıb və Trabzon təmsilçisi ÇL-lə vidalaşıb.

Səfərdə PSV-ni 1:0 hesabı ilə məğlub edən "Reyncers" isə qrup mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, qrup mərhələsinin püşkü bu gün atılacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Çempionlar Liqası, Pley-off mərhələsi

Cavab oyunları

24 avqust

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Budö Qlimt" (Norveç) - 4:1

Qollar: Orsiç, 4 (1:0), Petkoviç, 35 (2:0), Qronbek, 70 (2:1), Drmiç, 117 (3:1), Bockaj, 120 (4:1)

İlk oyun - 0:1

23:00. "Trabzonspor" (Türkiyə) - "Kopenhagen" (Danimarka) - 0:0

İlk oyun - 1:2

23:00. PSV (Niderland) - "Reyncers" (Şotlandiya) - 0:1

Qol: Antonio Çolak, 60

İlk oyun - 2:2

 

23 avqust

"Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan) - 2:1
İlk oyun - 0:0

"Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 3:0
İlk oyun - 2:0

"Srvena Zvezda" (Serbiya) - "Makkabi" (Hayfa, İsrail) - 2:2 
İlk oyun - 2:3