Çempionlar Liqası: "Qarabağ" uduzdu, "Benfika" və "Makkabi Hayfa" qrupda

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə qrup mərhələsinə son 6 vəsiqədən yarısı sahibini tapıb.

"Qarabağ" Çexiyada "Viktoriya" (Plzen) kollektivinə uduzaraq Avropa Liqasına yollanıb.

Ukraynanın "Dinamo" (Kiyev) klubu Portuqaliyada "Benfika"nın qonağı olub və 0:3 hesabı ilə uduzub. Lissabon təmsilçisi ilk matçda 2:0 hesabı ilə qalib gəlib.

İsrailda "Makkabi" (Hayfa) komandasına 2:3 hesabı ilə uduzan "Srvena Zvezda" isə Serbiyada 2:2 hesablı heç-heçə edib.

23 avqust

UEFA Çempionlar Liqası, pley-off mərhələsi

Cavab oyunları

23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan) 2:1
Qollar: 
Filip Ozobiç, 38 (0:1), Kopiç, 58 (1:1), Kliment, 72 (2:1)
İlk oyun - 0:0

23:00. "Srvena Zvezda" (Serbiya) - "Makkabi" (Hayfa, İsrail) 2:2
Qol:
Peşiç, 27 (1:0), İvaniç, 43 (2:0), Sundqren, 45+5 (2:1), Pavkov, 90-avtoqol (2:2)
İlk oyun - 2:3

23:00 "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) 3:0
Qol:
Otamendi 27 (1:0), Rafa 40 (2:0), Silva, 42 (3:0)
İlk oyun - 2:0

Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də olacaq. Hələlik qrup mərhələsinin 32 iştirakçısından 26-sı məlumdur. Onlar UEFA reytinqində daha yüksək reytinqə malik ölkələrin təmsilçiləri olduqlarından, vəsiqələri birbaşa qazanıblar.