Çempionlar Liqası: "Qarabağ" "Ferentsvaroş"la heç-heçə etdi
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Sportline.az xəbər verir ki, "köhlən atlar" III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
3 avqust
20:00. "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) - 1:1
Qol: Boli, 17 (0:1), Ovusu Kvabena, 34 (1:0)
Hakimlər: Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç)
VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland)
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.