Çempionlar Liqası: "Qarabağ" "Viktoriya"ya uduzdu

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Sportline.az xəbər verir ki, "Qarabağ" Çexiyada "Viktoriya" (Plzen) komandası ilə qarşılaşıb. Hesabı 2:1 rəqibin xeyrinə olub. İlk oyunda qolsuz heç-heçə edən Qurban Qurbanovun komandası Çempionlar Liqasına mübarizəni dayandırıb. "Qarabağ" Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanıb. Matçın baş hakimi portuqaliyalı Artur Suareş Diaş olub.

Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab matçı

23:00 "Viktoriya" (Plzen, Macarıstan) - "Qarabağ" (Azərbaycan) 2:1
Qol:
Filip Ozobiç, 38 (0:1), Yan Kopits, 58 (1:1), Yan Kliment, 73 (2:1)
İlk oyun: 0:0
Baş hakim: Artur Suareş Diaş
Məkan: Dusan Arena
Temperatur: +18º