Çempionlar Liqası: “Qarabağ”ın pley-offdakı potensial rəqibi bilindi

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılır.

Sportline.az xəbər verir ki, UEFA-nın mənzil qərargahında təşkil olunan tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayıb.

Püşkatmada Azərbaycan çempionu "Qarabağ" da təmsil olunub. ÇL-in üçüncü təsnifat mərhələsinin “Qarabağ” - “Ferentsvaroş” (Macarıstan) cütü  “səpələnməmişlər” səbətində yer alıb. Bu cütün qalibi pley-off-da  “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün güclüsü ilə qarşılaşacaq. Ağdam təmsilçisi mərhələni keçsə, ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.