Çempionlar Liqasında digər finalçı məlumdur
UEFA Çempionlar Liqasında digər finalçının da adı məlum olub.
Sportline.az xəbər verir ki, cavab oyununda Madrid "Real"ına 2:0 hesabı ilə qalib gələn "Çelsi" finala vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
23:00. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 2:0
Qollar: Timo Verner, 28, Meyson Maunt, 85
İlk oyun - 1:1
Qeyd edək ki, "Çelsi"nin finaldakı rəqibi İngiltərənin digər klubu "Mançester Siti" olacaq. Həlledici qarşılaşma mayın 29-da Türkiyənin İstanbul şəhərində oynanılacaq.
`