Çempionlar Liqasında həftənin rəmzi komandası

Çempionlar Liqasında qrup mərhələsinin 1-ci turunun oyunlarından sonra həftənin rəmzi komandası müəyyənləşib.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, "11-lik"də "Mançester Siti"dən 2, "Dinamo" (Zaqreb), "Brügge", "Benfika", "Ayaks", "Sportinq", "Barselona", "Napoli", "Bavariya", "Şaxtyor"dan isə hərəyə 1 futbolçu yer alıb.

ÇL-də həftənin rəmzi komandası

Qapıçı: Dominik Livakoviç ("Dinamo", Zaqreb, Xorvatiya)

Müdafiəçilər: Joau Kanselu, Ruben Diaş (hər ikisi "Mançester Siti", İngiltərə), Alexandro Qrimaldo ("Benfika"), Lubade Abakar Silla ("Brügge", Belçika)

Yarımmüdafiəçilər: Markus Edvards ("Sportinq", Portuqaliya), Pyotr Zelinski ("Napoli", İtaliya), Məhəmməd Kudus ("Ayaks", Niderland)

Hücumçular: Robert Levandovski ("Barselona", İspaniya), Leroy Sane ("Bavariya", Almaniya), Maryan Şved ("Şaxtyor", Donetsk, ukrayna)