"Çempionlar Liqasını qazanan ilk türk futbolçu olmaq istəyirəm"

"Real" Madridin türkiyəli futbolçusu Arda Gülər "Borussiya" ilə oynanılacaq Çempionlar Liqası finalından qabaq açıqlamalar verib.

Sportline.az xəbər verir ki, 19 yaşlı futbolçu Beinsports kanalına veridiyi müsahibədə bu fikirləri səsləndirib.

"Mən bu kuboku qazanan ilk türk futbolçu olmaq istəyirəm. Meydanda olub, olmamağımın heç bir önəmi yoxdur. Ən əsası "Real" Madridin qalib gəlməsidir. Finala çıxdığımız üçün və bu, mənim ilk finalım olduğu üçün çox qururluyam" deyə Arda fikirərini bölüşüb.

Qeyd edək ki, "Real" Madridlə "Borussiya" Dortmundun qarşılaşacağı final oyunu iyunun 1-də "Uembli"də keçiriləcək.