Çempionlar Liqasının rəmzi komandası
UEFA Çempionlar Liqasının son mövsümü üçün rəmzi komandası açıqlanıb.
Sportline.az xəbər verir ki, heyətə finalçılar "Real" və "Borussiya"nın hərəyə 4 futbolçusu düşüb.
Həmçinin PSJ, "Bavariya" və "Mançester Siti"dən bir oyunçu da rəmzi komandada yer alıb:
Qreqor Kobel (Borussiya D), Daniel Karvaxal, Antonio Rüdiger (Real), Mats Hummels, Yan Matsen (Borussiya), Vitinya (PSJ), Marsel Zabitzer (Borussiya), Vinisius Junior, Cud Bellingem (hər ikisi Real), Filip Foden (Mançester Siti), Harri Keyn (Bavariya)
Xatırladaq ki, mövsümün qalibi finalda "Borussiya"ya 2-0 hesabı ilə qalib gələn "Real" olub.