Qazaxıstan Futbol Federasiyası Çerçesovun milli komandadakı maaşı ilə bağlı açıqlama yayıb

Qazaxıstan Futbol Federasiyası rəsmi saytında millinin yeni baş məşqçisi Stanislav Çerçesovun məvacibi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib. Daha əvvəl jurnalist İvan Karpov rusiyalı mütəxəssisin Qazaxıstan millisindəki işinə görə ildə 1,2 milyon avro alacağını iddia etmişdi.

Sportline.az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası rəsmi hesabından verdiyi açıqlamada, müqavilə şərtlərinin məxfiliyinə görə mütəxəssisin əmək haqqının açıqlanmayacağını bildirib.

Xəbərdə əlavə olaraq keçmiş baş məşqçi Maqomed Adiyevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi qeyd olunur.

Xatırladaq ki, Stanislav Çerçesov milli komanda səviyyəsində son olaraq Rusiya seçməsini çalışdırıb.