Çexiya millisinin AVRO:2024 üçün heyəti açıqlandı

AVRO:2024 yaxınlaşdıqca milli komandalar heyətləri açıqlamaqdadırlar.

Sportline.az xəbər verir ki, Çexiya millisi də bu siyahıya qoşulub.

Komandanın baş məşqçisi İvan Qaşek 26 futbolçunun xidmətindən faydalanmaq niyyətindədir.

Xatırladaq ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək.