Çingiz Hüseynzadə yenidən federasiya prezidenti seçilib
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti seçilib.
Sportline.az xəbər verir ki, bu barədə "Report"a MOK-dan məlumat verilib.
Toplantıda qurumun İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyən olunub. Firat Hüseynov AAF-a vitse-prezidenti, Məhərrəm Sultanzadə isə baş katib seçilib.
Qeyd edək ki, Çingiz Hüseynzadə 1996-cı ildən Azərbaycan Atletika Federasiyasına rəhbərlik edir.