ÇL: "Bayer" - "İnter" görüşü ərəfəsində heyətlərdə son durum

Bu gün UEFA Çemionlar Liqasında Liqa mərhələsinin 6-cı turuna start verilir.

Sportline.az xəbər verir ki, gecənin maraqla gözlənilən oyunlarından biri “Bayer”lə “İnter” arasında olacaq.

Hər iki düşərgədə itkilər var. Meydan sahiblərində Amin Adli, Yonas Hoffman və Viktor Bonifeys zədə üzündən kənarda qalıb.

“İnter”də isə Denzel Dumfiris, Benjamin Pavar və Françesko Açerbi zədədən əziyyət çəkir.

Start fiti gecə 12-də səslənəcək matçı sloveniyali hakim Slavko Vinçiç idarə edəcək.