ÇL-də həftənin ən yaxşısı adına namizədlər

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya "Atalanta"sında Duvan Zapata, İngiltərə "Mançester Yunayted"indən Markus Reşford, Fransa PSJ-sindən Moyze Kin və İspaniya "Atletiko"sundan Joau Feliş iddia edir.

Reşford qrup mərhələsinin II turunda Almaniya “Leyptsiq”inə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moyze Kin İstanbulda "Başakşehir"i 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb.

Feliş Avstriya "Zaltsburq"unu 3:2 üstələdikləri matçda iki qol vurub, Zapata isə İtaliyada Niderland "Ayaks"ı ilə oyunda dubl edib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədən sonra bəlli olacaq.