ÇL-də həftənin futbolçusu adına namizədlər

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

Sportline.az xəbər verir ki, siyahıda Dieqo Jota ("Liverpul"), Alassan Plea ("Borussiya" Mönhenqladbax), Erlinq Holand ("Borussiya" Dortmund) və Yussef En-Neseri ("Sevilya") yer alıb.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək həftənin ən yaxşı oyunçusunu seçəcəklər.