ÇL-də həftənin rəmzi komandası
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, heyətdə "Çelsi"nin 7, "Mançester Siti"nin isə 4 futbolçusu yer alıb.
Qapıçı: Eduar Mendi ("Çelsi")
Müdafiəçilər: Kayl Uoker, Ruben Diaş (hər ikisi "Mançester Siti"), Sesar Asplikueta, Tiaqu Silva, Bencamin Çilvell (hər üçü "Çelsi")
Yarımmüdafiəçilər: Riyad Mahrez, Fil Foden (hər ikisi "Mançester Siti"), Kay Haverts, Meyson Maunt (hər ikisi "Çelsi")
Hücumçu: Timo Verner ("Çelsi")
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab matçlarında "Mançester Siti" evdə PSJ-ni, "Çelsi" isə "Real"ı 2:0 hesabı ilə məğlub edib.