ÇL-də məğlubiyyətin acı sonu
Almaniyanın “Leyptsiq” klubu baş məşqçi Domeniko Tedesko ilə vidalaşıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssislə birlikdə onun köməkçiləri Andreas Hinkel və Maks Urvançik da yola salınıb.
Səbəb “Leyptsiq”in dünən Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda öz meydanında Ukrayna “Şaxtyor”una 1:4 hesabı ilə uduzmasıdır. Bundan əvvəl isə komanda Bundesliqada “Ayntraxt”a məğlub olub – 0:4.
Tedesko 2021-ci ilin dekabrından “Leyptsiq”n baş məşqçisi idi.