ÇL: "Liverpul"da ciddi itkilər

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turuna start veriləcək.

Sportline.az xəbər verir ki, turnirin hazırkı lideri “Liverpul” 6-cı turda səfərdə “Jirona”nı sınağa çəkəcək.

“Mersisaydlılar” İspaniyaya ciddi itkilərlər yollanıblar. Federiko Kyeza, Konor Bredley, İbrahima Konate, Kostantinos Tsimikas zədə, Aleksis Mak Alister isə cəza səbəbindən matçı buraxmalı olacaq.

“Jirona”da isə Viktor Tsıqankov və Yangel Herreyra baş məşqçi Miçelin sərəncamında olmayacaq.

Oyunun ədalət təmsilçisi fransalı hakim Benua Bastiyendir. Matç Bakı vaxtı ilə saat 21:45 start götürəcək.