ÇL: "Trabzonspor", "Dinamo" uduzdu, Şotlandiyada bərabərlik

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib. 

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) "Budö Qlimt"in (Norveç) qonağı olub. Mahir 69-cu dəqiqədə meydana daxil olub. Türkiyə "Trabzonspor"u səfərdə "Kopenhagen"lə (Danimarka) üz-üzə gəlib. Şotalndiyanın "Reyncers" klubu Niderlandın PSV komandası ilə görüşüb.

Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu sabah keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda "Viktoriya"nı (Plzen, Çexiya) qəbul edəcək.

Çempionlar Liqası, pley-off mərhələsi

İlk oyunlar

16 avqust

23:00. "Budö Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) 1:0

23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə) 2:1

23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland) 2:2

17 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)

23:00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya)