ÇSKA heyətini hücumçu ilə gücləndirib
ÇSKA Moskva Mali millisinin hücumçusu Seku Keytanı heyətinə qatıb.
Sportline.az Moskva klubunun rəsmi hesabına istinadla xəbər verir ki, 24 yaşlı futbolçu ilə razılıq 2027-ci ilə qədər əldə edilib.
Keyta azad agent statusunda paytaxt klubunun sıralarına qoşulub.O, yeni klubunda 20 nömrəli forma ilə çıxış edəcək.
Son olaraq "Salzburq"da çıxış edən hücumçu Avstriya klubu ilə 106 oyunda 43 qol vurub, 21 məhsuldar ötürmə edib.Keyta 2023/2024 mövsümün sonunda komandadan ayrılıb.
Qeyd edək ki, Keyta Mali millisinin heyətində 29 oyunda 4 qol vurub.