Ciovanni Simeone "Napoli"ni tərk edə bilər

28 yaşlı hücumçu Ciovanni Simeone "Napoli"dən ayrılmaq istəyir.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, neapolluların yeni baş məşqçisi Antonio Konte futbolçunu komandada saxlamaq istəsə də, Simeone daha çox oynamaq üçün komandanı tərk etməyə hazırdır.

Qeyd edək ki, argentinalı hücumçu ilə İspaniya və İngiltərə klubları maraqlanır.