Xoakin Korrea karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər

Türkiyə klubu Xoakin Korrea ilə danışıqlara başlayıb. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, “Marsel” klubunda icarə əsasında çıxış edən 27 yaşlı argentinalı yarımmüdafiəçi “Fənərbağça” klubuna keçmək barədə düşünür. 

“İnter”ə məxsus olan Xoakin Korrea əsas heyətdə yer ala biləcəyi klubda çıxış etmək istədiyi üçün “sarı-lacivərtlər”lə razılıq əldə edə bilər. 

Qeyd edək ki, Xoakin Korrea bu mövsüm “Marsel” forması ilə cəmi 16 oyunda meydana çıxıb.