Conatan Deyvid İngiltərə klubuna transfer ola bilər
“Lill”in kanadalı futbolçusu Conatan Deyvid mövsümün sonunda komandasını dəyişəcək.
Sportline.az “Le10sport” nəşrinə istinadən xəbər verir ki, “Arsenal”, “Mançester Yunayted” və “Tottenhem” Deyvidin xidmətində maraqlıdır.
25 yaşlı futbolçunun “Lill”lə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Deyvid Fransa klubundan ayrılmağda israrlıdır.
Qeyd edək ki, o bu mövsüm çıxış etdiyi 41 matçda 23 qol və 10 məhsuldar ötürmə müəllifi olub.