Conatan Deyvid "Lill"i tərk edir

"Lill"in kanadalı futbolçusu Conatan Deyvid mövsümün sonunda komandasından ayrılacaq.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Arsenal", "Çelsi", "Mançester Yunayted" və "Barselona" Deyvidlə yaxından maraqlanır.

25 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Conatan Deyvid "Lill"də çıxış etdiyi 72 oyunda 40 qol və 18 asistlə yadda qalıb.

Onun transfer qiyməti 45 milyon avro olaraq təyin olunub.