Cüdo federasiyasına təyinat rəsmiləşdi
Bu gün Azərbaycan Cüdo Federasiyasının növbədənkənar seçkisi keçirilib.
Sportline.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan seçkidə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cüdo Federasiyasının yeni prezidenti seçilib. Tədbirdə Rövnəq Abdullayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Rəşad Nəbiyev və gənclər və idman naziri Fərid Qayıbov iştirak edib
Qeyd edək ki, nazir qarşıdakı 5 ildə bu vəzifədə Rövnəq Abdullayevi əvəz edəcək. R.Abdullayev 2015-ci ildən federasiyaya rəhbərlik edirdi.