Cüdo üzrə dünya çempionatı başlandı

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı başlanır. Sportline.az xəbər verir ki, ilk yarış günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Komandamızı bu çəkilərdə 3 idmançı təmsil edəcək. Qadınlardan Bazarraqça Erdenebat 1/32 finaldan, Leyla Əliyeva isə 1/16 finaldan mübarizə aparacaq.

Kişilərin yarışında isə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov 1/16 finaldanmübarizəyə qatılacaq.  

48 kq

1/32 final. Bazarraqça Erdenebat - Aleksandra Pop (Rumıniya)

1/16 final. Leyla Əliyeva - Funa Tanaki (Yaponiya)

60 kq

1/16 final. Orxan Səfərov - Tapiva Pavari (Zimbabve) / Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlanacaq. Azərbaycanı ümumilikdə 9 kişi və 8 qadın cüdoçu təmsil edəcək.