Cüdo yarışında qeyri-adi hadisə

Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışında qeyri-adi hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan Portuqaliya idmançısı Anri Equtidzenin isveçli Robin Paçeklə 1/16 final görüşünün 13-cü saniyəsində kimonosundan yerə mobil telefon düşüb. Nəticədə Equtidze yarışdan kənarlaşdırılıb. Qaydalara əsasən, tatamiyə kənar əşyalar gətirmək qadağandır.

Equtidze gənclər arasında Avropa çempionu, müxtəlif Qran-prilərin mükafatçısıdır.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk yarış günlərində Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Yarış bu gün yekunlaşacaq.