Cüdo yarışları ilə bağlı qərar verilib

Beynəlxalq cüdo yarışlarına sentyabr ayından bərpa olunacaq.

Sportline.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer bu barədə milli federasiyaları məlumatlandırıb. Əgər koronavirus pandemiyası ilə bağlı vəziyyət düzəlsə və ölkələr sərhədləri açsa, sentyabr ayında yarışların başlaması nəzərdə tutulur.

Qeyd edək ki, cüdoda iyunun 30-dək bütün yarışlar təxirə salınıb və ya ləğv olunub.

Təxirə salınan yarışlar arasında ötən ay Bakıda keçirilməsi planlaşdırılmış Böyük Dəbilqə turniri də var.