Cüdoçularımız 2019-cu ilə 159 medalla yekun vurdular

Azərbaycanın cüdo üzrə böyük, gənc, yeniyetmə, paralimpiyaçı və veteranlardan ibarət milli komandaları iştirak etdikləri beynəlxalq yarışlarda 159 medal qazanıblar.

Sportline.az xəbər verir ki, bu, Azərbaycan Cüdo Federasiyasının (ACF) açıqladığı hesabatda bildirilir. 

Bunlardan 40-ı qızıl, 46-sı gümüş və 73-ü bürünc medaldır.