Cüdoçularımız dünya çempionatında uğursuz start götürdülər

Bu gün Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına start verilib.

Sportline.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğursuz alınıb.

Tatamiyə çıxan üç idmançımız mübarizəni erkən dayandırmalı olub. Davud Məmmədsoy (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmalarda məğlub olublar. Leyla Əliyeva (48 kq) isə ilk görüşdə portuqaliyalı rəqibinə uduzub.

Avqustun 26-da Nicat Şıxəlizadə (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Larisa Florian (52 kq) qüvvəsini sınayacaq.