Cüdoçularımız mübarizəyə başlayırlar

Bu gün Qətərin paytaxtı Dohada başlanan  "World Masters” turnirində 4 cüdoçumuz mübarizəyə qoşulacaq.

Sportline.az xəbər verir ki, 66 kq çəki dərəcəsində yarışan son Avropa çempionu Orxan Səfərov 1/16 finalda israilli Barux Şmailovla üz-üzə gələcək.

Eyni çəkidəki Nicat Şıxəlizadə Denis Vierunun (Moldova) müqavimətini qırmağa çalışacaq.

Qadın güləşçilərdən 48 kq-dakı Aişə Qurbanlı türkiyəli Gülkədər Şəntürklə, Leyla Əliyeva isə Misir təmsilçisi Əzizə Çakırla qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi yarışda 7 idmançı ilə təmsil olunur. "World Masters” ə yanvarın 13-də yekun vurulacaq. Həmin gün Zelim Kotsoyev, Elmar Qasımov və İrina Kindzerska çıxış edəcək.