Cüdoçularımız növbəti sınaq qarşısında

Cüdoçularımız daha bir sınaq qarşısındadırlar.

Söhbət martın 29-dan 31-nə qədər Tbilisidə keçiriləcək qadın və kişi cüdoçular arasında Qran-Pri turnirindən gedir.

Sportline.az xəbər verir ki, ölkəmizi həmin yarışlarda 14 kişi və 5 qadın cüdoçu təmsil edəcək.

Yarışda 58 ölkədən 500-dən artıq cüdoçunun iştirakı nəzərdə tutulub.