Cüdoçularımız yeni reytinq cədvəlində

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb. 

Sportline.az xəbər verir ki, cüdoçularımızdan 7-si "Top-20”də yer alıb. Ən yaxşı nəticə isə, seçmə komandamızın aparıcı simalarından olan Rüstəm Orucova məxsusdur. O, 73 kq çəki dərəcəsində 1-ci pillənin sahibidir. 

Olimpiya mükafatçımızın aktivində 5900 reytinq xalı var. Rüstəm Orucovun millidəki əsas rəqibi Hidayət Heydərov 6-cı pillədə qərarlaşıb. 

100 kq çəki dərəcəsində də iki cüdoçumuz "20-lik”dədir. Elmar Qasımov 11-ci, Zelim Kotsoyev 20-cidir.  

Digər cüdoçularımızdan İrina Kindzerska (+78 kq) 4-cü, Məmmədəli Mehdiyev (90 kq) 5-ci və Uşanqi Kokauri (+100) 14-cü yerdə qərarlaşıb.