Cüdoçularımız Avropa kubokuna inamla başladılar

Çexiyanın Teplitse şəhərində yeniyetmə cüdoçuların Avropa Kubokuna start verilib.

Sportline.az xəbər verir ki, 34 ölkədən 771 idmançının mübarizə apardığı beynəlxalq turnirin ilk günündə Azərbaycan millisi 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. İsmayıl Qənbərli (50 kq), Kamran Süleymanov (55 kq) və Turan Bayramov (60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şükran Zamanlı (55 kq), Nahid İsmayılov (66 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüb. Səbinə Əliyeva (48 kq), Aydın Rzayev (55 kq) və Mətin Rzazadə (66 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, Avropa Kubokuna aprelin 7-də yekun vurulacaq.